Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlanıb

Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlanıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Abşeronda yerləşən bütün sürüşmə sahələrində müşahidələr aparılıb.
Ekologiya
24 Sentyabr , 2018 13:40
Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlanıb
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Abşeronda yerləşən bütün sürüşmə sahələrində müşahidələr aparılıb".

Bunu “Report”a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, aparılan monitorinqlərin nəticələrinə görə, Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında hazırda ciddi bir gərginlik müşahidə olunmayıb: "Təbii ki güclü, leysan xarekterli yağışdan sonra xırda uçqunlar olur, amma bu uçqunlar sürüşmə deyil. Ola bilsin divarın bünövrəsi yaxşı olmayıb güclü yağışlara tab gətirə bilməyib və uçub".

Ə.Qaralovun sözlərinə görə, sürüşmə zonalarında daimi olaraq müşahidələr aparılır.

Son xəbərlər

Orphus sistemi