Abşeron yarımadasında sürüşmə və subasma sahələrinin son vəziyyəti açıqlanıb

Abşeron yarımadasında sürüşmə və subasma sahələrinin son vəziyyəti açıqlanıb Bakı. 2 oktyabr. REPORT.AZ/ Ötən ay Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb.
Ekologiya
2 Oktyabr , 2018 12:45
Abşeron yarımadasında sürüşmə və subasma sahələrinin son vəziyyəti açıqlanıb
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Ötən ay Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O, nəticələri də açıqlayıb: "Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında, Masazır qəsəbəsi - "Zəli gölü" adlanan ərazidə sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsi sürüşmə sahəsində isə sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb".

Subasma proseslərinə gəlincə mütəxəssis bildirib ki, sentyabr ayında bəzi subasma sahələrində də gərginlik müşahidə olunub: "Binəqədi I-ci mədən yaşayış sahəsi, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. Bununla yanaşı Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, Qala qəsəbəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur".

Son xəbərlər

Orphus sistemi