Yuxarı

​Yazıçı Çingiz Abdullayev ADU tələbələri ilə görüşüb

O, gənc nəslin cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində (ADU) İctimai Televiziya ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşlığı çərçivəsində yazıçı, nasir, publisist Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib.

Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Öncə ADU-nun rektor əvəzi, professor Dünyamin Yunusov yazıçı haqqında qısa məlumat verib. Qeyd olunub ki, Çingiz Abdullayev 28 milyon nüsxədə 30 dilə tərcümə olunmuş 600-dan çox kitabın müəllifidir.

Çingiz Abdullayev gənc nəslin cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib və gənclərə qiraət etməyi tövsiyə edib.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi