Azərbaycanın xalq yazıçısı
“Report” xəbər verir ki, dünya şöhrətli yazıçıya mükafatı mədəniyyət naziri
Çingiz Abdullayev Prezident
Ə.Qarayev qeyd edib ki, Ç.Abdullayev müxtəlif sahələrdə iz qoymuş şəxsiyyətdir: "İdmandan tutmuş mədəniyyətə qədər müxtəlif sahələrdə həyata keçirilən böyük layihələrdə onun adı çəkilir. Çingiz Abdullayev ölkəmizdə gedən proseslərə daim öz mövqeyini bildirən insanlardandır. Baxmayaraq ki, geniş ictimai vəzifələri mövcuddur, ancaq xırda məsələlərə də biganə qalmır. Bu da insanı real olaraq cəmiyyətin üzvü olmağa layiq edir. O eyni zamanda Azərbaycanın güclü təbliğatçısına çevrilib. Dünyanın bir çox kitabxanalarını ziyarət etmişəm, hər yerdə Çingiz Abdullayevin azı 1-2 kitabı var. Bu mükafata görə mən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirmək istərdim. Bir ədibin belə dəyərləndirilməsi Azərbaycan ədəbiyyatına verilən dəyərdir".
Xalq yazıçısı Anar bildirib ki, Çingiz Abdullayev istedadlı olmaqla yanaşı, həm də çox işgüzardır: "Bu qədər romanı yazmaq üçün həqiqətən də çox işgüzar və öz işinə sadiq olmaq lazımdır. Dəfələrlə səfərdə olmuşuq, onun yolda da dayanmadan yazdığının şahidi olmuşam".
Xatırladaq ki, Prezident İlham Əliyev Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.