Bakı. 23 aprel. REPORT.AZ/ İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində "V Azərbaycan Şairlər Günü" keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycan yazarları ilə yanaşı, qonşu ölkələrdən dəvət olunmuş qonaqlar da iştirak edəcək. "V Azərbaycan Şairlər Günü" mərhum şairə Nurəngiz Günün xatirəsinə həsr edilib.
Nurəngiz Gün 2014-cü ilin dekabrın 20-də vəfat edib.