Yuxarı

​"Siz unudulmamısınız..." kitabının təqdimat mərasimi keçirilib

Kitab səkkiz bölümdən ibarətdir

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə çapdan çıxmış "Siz unudulmamısınız…" kitabının təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, toplantını giriş sözü ilə açan Şuranın sədri Əflatun Amaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq paytaxtda, eləcə də respublikanın digər şəhər və bölgələrində silsilə tədbirlərin həyata keçirildiyini bildirib.

O, rəhbərlik etdiyi qurumun bu tədbirlərdə iştirakından söz açıb. Yubileyin daha yaddaqalan olması üçün gördüyü işləri sadalayıb. "Siz unudulmamısınız…" kitabının da əlamətdar tarixə bir töhfə olduğunu vurğulayıb.

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov "Ərgünəş" Nəşriyyatında işıq üzü görmüş "Siz unudulmamısınız…" kitabınından söz açıb.

Səkkiz bölümdən ibarət nəşrdə korifey jurnalistlər haqqında xatirə oçerkləri, beş ildir fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin gördüyü işlərin icmalı, müxtəlif tədbirlərdən fotogörüntülər, habelə tanınmış qələm sahibləri barədə avtobioqrafik məlumatlar toplanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi