Şair Əhməd Cəmilin “Şeirlər və məqalələr” kitabı nəşr olunub

Şair Əhməd Cəmilin “Şeirlər və məqalələr” kitabı nəşr olunub Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq
Ədəbiyyat
2 Mart , 2016 21:20
Şair Əhməd Cəmilin “Şeirlər və məqalələr” kitabı nəşr olunub

Bakı. 2 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə şair Əhməd Cəmilin “Şeirlər və Məqalələr” kitabı çap olunub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Kitabın redaktoru Paşa Əlioğlu, tərtibçiləri isə Sevil Cəmilzadə və Eldar Cəmilzadədir.

Bu kitabda şairin müxtəlif vaxtlarda yazdığı şeirləri və məqalələri yer alır. Burada həmçinin şairin həyat və yaradıcılığının səciyyəvi xüsusiyyətləri, müraciət etdiyi mövzular haqqında qısaca məlumat verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılan kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq. 

Son xəbərlər

Orphus sistemi