Rus yazıçısı Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü görüb

Rus yazıçısı Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü görüb Kitab yazıçının Azərbaycanda nəşr olunan ilk əsərlər toplusudur
Ədəbiyyat
10 Mart , 2017 13:48
Rus yazıçısı Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü görüb
Tərcümə Mərkəzi

Bakı. 10 mart. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, kitaba yazıçının “Qoca” romanı, “Göbələkli payız”, “Göyərçin ölümü”, “Vera və Zoyka”, “Toranlıqda oyun” kimi, məşhur hekayələri daxil edilib.

Yazıçının müxtəlif illərdə qələmə aldığı “Tələbələr” povesti, “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Başqa həyat”, “Qoca” romanları hələ 50-ci illərdə müəllifinə geniş oxucu sevgisi qazandırıb.

1951-ci ildə “Tələbələr” povestinə görə, Yuri Trifonov Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, kitab Yuri Trifonovun Azərbaycanda nəşr olunan ilk əsərlər toplusudur.

Əsərləri Azərbaycan dilinə Zahid Sarıtorpaq çevirib.

Son xəbərlər

Orphus sistemi