Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirilib.
"Report" xəbər verir ki, mükafatlandırma mərasimindən əvvəl tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov “Qızıl kəlmə” mükafatının tarixi haqqında qısa məlumatı diqqətə çatdırıb.
O bildirib ki, Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatı 2009-cu ildə təsis olunub. Müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir, çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq , müasir qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Müsabiqənin bütün proseduru Mədəniyyət naziri tərəfindən imzalanmış “Əsasnamə” əsasında tənzimlənir. Növbəti dəfə mükafata əsərlərin qəbuluna ötən ilin avqust ayında başlanılıb və bu ilin martın 29-da qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib. Akademik
Təqdimat mərasimində çıxış edən Mədəniyyət naziri
Altı ildir ki, fəaliyyətdə olan “Qızıl kəlmə” mükafatına qəbul olan əsərlər və onların sayı eləcə də keyfiyyəti isə ədəbiyyat sahəsində inkişafın göstəricisidir. Məlumatıma görə bu dəfə də təqdim olunan bütün əsərlər öz səviyyəsinə görə çox böyük yaradıcılıq potensialı ifadə edən əsərlər olub. Əsərlər eyni zamanda müasir Azərbaycanın fəlsəfə və təfəkkür mənzərəsini tərənnüm edib. Bu hal olduqca sevindiricidir. Ədəbiyyat yaşayır və cəmiyyətlə birgə inkişaf edir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc namizədin qarşısında üfüqlər və imkanlar açır.
Nazir həmçinin ədəbiyyat nümayəndələrinə 18 may Beynəlxalq muzeylər günü ərəfəsində mədəni irsimizi təbliğ edən əsərlər yazmağı tövsiyə etdi. Azərbaycanda fəaliyyət göstərən muzeylərin zənginliyini qeyd edərək özündə çoxsaylı tarixi irsi yaşadan muzeylərə ədəbiyyat adamlarının baş çəkməyini və həmin tarixi hadisələr fonunda dəyərli əsərlər yazmağı arzuladı. Vurğuladı ki, muzeydə qorunan hər hansı bir qədim eksponat haqqında çox dəyərli hekayə və əsər hətta əfsanə də yazmaqla tariximizi gözəl şəkildə gələcək nəsillərə ötürə bilərik. Nazir nitqinin sonunda bir daha münsiflər heyətinə təşəkkür edərək bütün qalibləri təbrik etdi.
Daha sonra qaliblərə mükafatlar təqdim edildi. “Nəsr nominasiyası” üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” kitabı və Mübariz Örənin “Balıq gülüşü” kitabı, “Poeziya nominasiyası” üzrə Salam Sarvanın “Heykəl tənhalığı” kitabı və Vaqif Bəhmənlini “Qansız savaş” kitabı, İbrahim İlyaslının “Şair olmaq zülümdür” kitabı, “Ədəbi tənqid və publisistika nominasiyası” üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı, “Orjinaldan bədii tərcümə nominasiyası” üzrə Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanı, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanı, “Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası” üzrə Reyhan Yusifqızının “Dostum Mimi” kitabı, Solmaz Amanovanın “İlmənin macəraları” kitabı, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabı, “Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü Şahanə Müşfiq “Şahanənin nağılı” kitabı, Sadıq Qarayev “Sahibsiz kölgələr” kitabı 2009-cu ilin “Qızıl Kəlmə” mükafatının qalibi olaraq diplom və pul mükafatı ilə təltif olundular.
Qaliblər çıxışları zamanı ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər, təqdim edilən mükafatların yaradıcı insanlara bir stimul olduğunu bildiriblər. Təqdimatın sonunda münsiflər heyətinin üzvi Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova Azərbaycan ədəbiyyatının inkişafı və mükafatın ədəbiyyatımıza, mənəvi dəyərlərimizə xidmət etdiyini diqqətə çatdırdılar. Nazirliyin ədəbiyyat sahəsində təsis etdiyi mükafatı eləcə də mənəvi varlığımızın qorunmasına yönələn addım kimi dəyərləndirdilər.