Şair Musa Yaquba həsr olunan kitabın təqdimatı keçirilib

Şair Musa Yaquba həsr olunan kitabın təqdimatı keçirilib "Qara daşın sədası" kitabı "Bu dünyanın qara daşı göyərməz" şeirinə yazılan nəzirələrin birgə çapı ideyasından qaynaqlanıb
Ədəbiyyat
8 May , 2015 16:47
Şair Musa Yaquba həsr olunan kitabın təqdimatı keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Musa Yaquba həsr olunan "Qara daşın sədası" adlı kitabın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, təqdimat mərasimində AYB-nin katibi Rəşad Məcid, şair Əjdər Ol, İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli, ədəbiyyatsevərlər iştirak edib.

Qeyd edək ki, "Qara daşın sədası" kitabı Musa Yaqubun məşhur "Bu dünyanın qara daşı göyərməz" şeirinə yazılan nəzirələrin birgə çapı ideyasından qaynaqlanıb.

Kitabda həmçinin şairin müasirləri olan dostlarının onun yaradıcılığına və şəxsiyyətinə həsr etdikləri şeirləri çap edilib. 

Son xəbərlər

Orphus sistemi