Mixail Jvanetski vəfat edib

Mixail Jvanetski vəfat edib Ölümün səbəbləri barədə məlumat verilmir
Ədəbiyyat
6 Noyabr , 2020 17:00
Mixail Jvanetski vəfat edib
Mixail Jvanetski

Rusiyalı yazıçı və satirik Mixail Jvanetski ömrünün 87-ci ilində vəfat edib.

“Report” RBK-ya istinadən xəbər verir ki, onun ölümü barədə yaxınları məlumat verib.

Ölümün səbəbləri barədə məlumat verilmir.

Oktyabrın əvvəlində o, yaşı ilə əlaqədar kütlə qarşısına çıxışını dayandıracağını açıqlamışdı. Bundan əlavə, səhhətinin pis olmasından şikayətlənirdi.

Rusiya və Ukraynanın xalq artisti Mixail Jvanetski 6 mart 1934-cü ildə Odessada anadan olub. Ötən əsrin 60-cı illərində Arkadi Raykinin rəhbərliyi altında Leninqrad Miniatür Teatrında çalışıb. Bu müddətdə o, 1970-ci ildə birlikdə Odessada Filarmoniya yanında Miniatür Teatrı açdıqları aktyorlar Roman Kartsev və Viktor İlçenko üçün 300-dən çox miniatür və monoloq yazıb. 1988-ci ildə Moskva Miniatür Teatrını yaradıb.

Son xəbərlər

Orphus sistemi