Mərkəzi Elmi Kitabxanada Azərbaycan Ədəbiyyatı Fondunun inciləri təqdim edilib

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Ədəbiyyatı Fondunun inciləri təqdim edilib Məhəmməd Bəhmənifər: "İran kitabxanalarında mövcud olan türk ədəbiyyatı nümunələrinin tədqiqi vacibdir"
Ədəbiyyat
23 Dekabr , 2016 19:41
Mərkəzi Elmi Kitabxanada Azərbaycan Ədəbiyyatı Fondunun inciləri təqdim edilib

Bakı 23 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Azərbaycan ədəbiyyatı fondunun əhəmiyyətindən danışıb. O bildirib ki, təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdır.

Kitabxananın Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova deyib ki, milli ədəbiyyata maraq 20-25 il əvvəlkinə nisbətən çox artıb: "Sovet dönəmində hakim ideologiyanın təsiri, rusdilli əhalinin çoxluğu, milli dildə kitab nəşrinin azlığı və s. səbəblər üzündən Azərbaycan dilində ədəbiyyata oxucular az müraciət edirdi. İndi isə tam əksi müşahidə olunur".

Təqdimatçı MEK-in Azərbaycan dilində ədəbiyyat fondunda 90 minə yaxın kitab mühafizə olunduğu barədə məlumat verib. 

“Məhsəti şairlər məclisi” idarə heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman çıxışında qadın yazarlarının kitab sərgilərinin keçirilməsi, əsərlərinin dərsliklərə salınması təklifini irəli sürüb. 

N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad bu tip təqdimatların keçirilməsinin təqdirəlayiq olduğunu deyib. 

Cənubi Azərbaycandan qonaq gəlmiş araşdırmaçı Məhəmməd Bəhmənifər İran kitabxanalarında mövcud olan türk ədəbiyyatı nümunələrinin tədqiqinin vacibliyindən, tarixə işıq tutacaq yeni mənbələrin aşkarlanmasının əhəmiyyətindən danışıb.

Tədbirə gələn şairlər, yazarlar öz kitablarını kitabxanaya hədiyyə ediblər.

Son xəbərlər

Orphus sistemi