Yuxarı
    Bağlamaq

    "IV Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası"nın vaxtı açıqlanıb

    Sərgi-yarmarka sentyabrın 16-dan 18-dək Əl Oyunları Sarayında olacaq

    Bakı. 15 iyul. REPORT.AZ/ "IV Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası"nın vaxtı açıqlanıb. 

    Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və Nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri Aslan Cəfərov "Report"a bildirib ki, sərgi sentyabrın 16-dan 18-dək Bakıda Əl Oyunları Sarayında keçiriləcək.

    Onun sözlərinə görə, sərgi-yarmarkası 2 ildən bir keçirilir. Builki sərgi-yarmarkada 120 nəşriyyatdan 100-ü iştirak edəcək. Sərgi-Yarmarkada Azərbaycanda nəşr edilən kitablar, yeni nəşrlər nümayiş etdiriləcək. 

    Xatırladaq ki, ilk kitab sərgi yarmarkası 2009-cu ildə keçirilib. 

    2013-cü ildə keçirilən sonuncu sərgi-yarmarkada 30-dan çox xarici nəşriyyatın dövri nəşrləri nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi