Yuxarı

​İranda Aşıq Abbas Tufarqanlı beynəlxalq festivalı keçiriləcək

Azərbaycan folklorunun qiymətli örnəklərindən biri olan Abbas və Gülgəz dastanı onun adı ilə bağlıdır

Bakı. 10 avqust. REPORT.AZ/ İranın paytaxtı Tehranda İran Aşıqlar Birliyinin mərkəzində Aşıq Abbas Tufarqanlı Beynəlxalq Festivalına hazırlıq iclası keçirilib.

"Report" "TRT-Azərbaycan"a istinadən xəbər verir ki, toplantıda tədbirlə bağlı mütəxəssislərin təklif və tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb.

İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi hazırlıq prosesi başa çatandan sonra festivalın dəqiq tarixinin elan ediləcəyini bildirib.

Qeyd edək ki, Aşıq Abbas Tufarqanlı İranın Şərqi Azərbaycan əyalətinin Tufarqan, yəni indiki Azərşəhr bölgəsində anadan olub. Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Azərbaycan toprağında yaşayıb-yaratmış görkəmli şair-aşıqlardandır. Onun adı ilə bağlı olan "Abbas və Gülgəz" dastanı Azərbaycan folklorunun qiymətli örnəklərindəndir.

Xatırladaq ki, İran Aşıqlar Birliyinin artıq www.ashiqlarbirliyi.ir saytı fəaliyyətə başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi