Bakı. 20 dekabr. REPORT.AZ/ Şair İlyas Tapdığın həyat və yaradıcılığına həsr olunmuş "Şeirin, sözün bağbanı" kitabı çap edilib.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, kitabda 60 ildən çox ədəbi fəaliyyətdə olan şairin yaradıcılığı təhlil edilib, onun poeziyada qazandığı uğurlardan söz açılıb.
İlyas Tapdıq ötən əsrin 60-cı illərindən aşıq sənətinin alovlu təbliğatçısı, tərənnümçüsü kimi tanınıb. Aşıq sənətində "Aşıq Alı" adlı ilk telefilmin və digər aşıqlar haqqında çəkilmiş bir çox telefilmin ssenari müəllifi İlyas Tapdıq olub.
Kitabın müəllifi Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlu, redaktoru Prezident mükafatçısı Musa Ələkbərlidir.