“Hüseyn Cavid. Pyeslər” kitabı çap olunub

“Hüseyn Cavid. Pyeslər” kitabı çap olunub Kitabda “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb
Ədəbiyyat
28 Mart , 2017 14:32
“Hüseyn Cavid. Pyeslər” kitabı çap olunub

Bakı. 28 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olunub.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Kitabda görkəmli şair, dramaturq Hüseyn Cavidin “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan “Əsərləri” 5 cildliyindən götürülərək tərtib edilib. Yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.

Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında çap edilib. Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Son xəbərlər

Orphus sistemi