Yuxarı
    Bağlamaq

    Əliağa Vahidə həsr olunan konsert keçiriləcək

    Konsert, qəzəlxanın doğum günündə baş tutacaq

    Bakı. 22 dekabr. REPORT.AZ/ 2016-cı il fevralın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.

    Konsertdə respublikanın xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxana ustadları Ağamirzə, Mehman Əhmədli iştirak edəcək.

    Konsertdə ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcək.

    Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. 

    Qeyd edək ki, Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.

    Onun qəzəlləri ustad xanəndələrin repertuarında mühüm yer tutur. Bu il ölkəmizin bir çox yerlərində görkəmli sənətkarımız Əliağa Vahidin 120 illiyi münasibətilə bir çox tədbirlər, sərgilər keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi