Əli Tudənin 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək

Əli Tudənin 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək Yubiley mərasimində Əli Tudənin yaxınları, dostları iştirak edəcək
Ədəbiyyat
12 Noyabr , 2014 09:48
Əli Tudənin 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək
Bakı.12 noyabr. REPORT.AZ/ Rəşid Behbudov adına Mahnı Teatrında əməkdar incəsənət xadimi, görkəmli şair Əli Tudənin 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Mahnı Teatrından "Report"a daxil olan məlumata görə, mərhum şairin yubileyi noyabrın 26-da Mahnı Teatrında olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Əli Tudənin Azərbaycan ədəbiyyatında keçdiyi yola nəzər salınacaq, şairin xatirəsi anılacaq.

Yubiley mərasimində Əli Tudənin yaxınları, dostları iştirak edəcək.

Tədbir konsert proqramı ilə davam edəcək.

Son xəbərlər

Orphus sistemi