Əhməd Ağaoğlu ilə bağlı yeni kitab işıq üzü görüb

Əhməd Ağaoğlu ilə bağlı yeni kitab işıq üzü görüb Kitabı Azərbaycan dilinə uyğunlaşdıranı və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir
Ədəbiyyat
21 Noyabr , 2016 15:04
Əhməd Ağaoğlu ilə bağlı yeni kitab işıq üzü görüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Azərbaycanəsilli çağdaş türk yazıçısı, tanınmış dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə yeni Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən bu irihəcmli memuarlar toplusu tarixçilər, politoloqlar, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bu gününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabı Azərbaycan dilinə uyğunlaşdıranı və tərtibçisi filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Güldəstə Nəsibdir.

Son xəbərlər

Orphus sistemi