Dilçilik İnstitutunun direktoru: "Mikayıl Müşfiqi sapı özümüzdən olan baltalar güdaza verib"

Dilçilik İnstitutunun direktoru: "Mikayıl Müşfiqi sapı özümüzdən olan baltalar güdaza verib" Bakı. 23 noyabr. REPORT.AZ/ Mikayıl Müşfiqi sapı özümüzdən olan baltalar güdaza verib.
Ədəbiyyat
23 Noyabr , 2018 14:45
Dilçilik İnstitutunun direktoru: Mikayıl Müşfiqi sapı özümüzdən olan baltalar güdaza verib
Möhsün Nağısoylu

Bakı. 23 noyabr. REPORT.AZ/ "Mikayıl Müşfiqi sapı özümüzdən olan baltalar güdaza verib".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O xatırladıb ki, Mikayıl Müşfiq gənc yaşlarından əlinə qələm alıb və xalqın mədəni inkişafında rol oynamağa çalışıb: "O, ziyalı ailənin övladı olub. Yaşadığı dövrdə baş verən hadisələrə münasibəti ilə həmişə seçilib, cəsarətli çıxışları ilə yadda qalıb. Həyatın mənası özündən sonra iz qoymaqdır. Mikayıl Müşfiq qısa ömür yaşasa da özündən sonra unudulmaz iz qoyub".

Direktorun sözlərinə görə, Mikayıl Müşfiqin şeirində Azərbaycan dilinin axıcılığı, musiqiliyi var: "Şairin şeirlərinin hamısının ruhunda vətənpərvərlik hiss olunur".

Son xəbərlər

Orphus sistemi