Yuxarı

​Daşkənddə "Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı nəşrin təqdimatı keçirilib

Təqdimatda çıxış edənlər kitabın filoloqlar, elm xadimləri və ədəbiyyatsevərlər üçün faydalı olacağına inandıqlarını bildiriblər

Bakı. 9 aprel. REPORT.AZ/ Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetin Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində özbək alim, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitabın təqdimatı keçirilib. Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, kitab mədəniyyət mərkəzinin layihəsi ilə çap olunub.

Təqdimat mərasimində özbək filoloqları, azərbaycanşünas alimlər, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin müəllim, tələbə heyəti və mətbuat nümayəndələri iştirak ediblər. Çıxış edənlər kitabın filoloqlar, elm xadimləri və ədəbiyyatsevərlər üçün faydalı olacağına inandıqlarını və nəşr layihəsinin reallaşdırılmasında Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürlərini bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi