Yuxarı

AMEA-nın vitse-prezidenti: "Cəfər Cabbarlının romanı və məktubları tapılıb"

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının romanı və məktubları tapılıb.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibin "Kazım bəy" romanı, eləcə də bu günə kimi dərc edilməyən məktubları tapılıb: "Həmin roman və məktublar tezliklə çap olunacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi