Yuxarı
    Bağlamaq

    Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək

    Yubiley tədbiri oktyabrın 29-da Heydər Əliyev Sarayında olacaq

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Bəxtiyar Vahabzadənin 90 illik yubileyilə bağlı təntənəli yubiley mərasimi keçiriləcək.

    "Report" xəbər verir ki, mərasim oktyabrın 29-da Heydər Əliyev Sarayında keçiriləcək.

    Təntənəli yubiley tədbirində dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edəcək.

    Xatırladaq ki, Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Bəxtiyar Vahabadə tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

    B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə tərcümə edilib.

    2009-cu il fevralın 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi