Bakı. 14 aprel. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı səfirliyi aprelin 16-da tanınmış kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin anım mərasimini keçirəcək. Bu barədə “Report”a səfirlikdən məlumat verilib.
Bakı Müasir İncəsənət Muzeyində keçiriləcək tədbirdə Azərbaycan hökümətinin, ölkədə akkreditə olunan diplomatik korpusunun, yerli Latın Amerikalı icmasının nümayəndələri, alimlər, rəs
Tədbirə kolumbiyalı yazıçı Oktavio Eskobar da qatılaraq ədəbiyyat üzrə Nobel mükafatının kolumbiyalı laureatının həyat və yaradıcılığı, həmçinin də müasir Kolumbiya ədəbiyyatı haqqında tədbir iştirakçılarına danışacaq. Tədbirdə kolumbiyalı fotoqraf Nereonun çəkdiyi Qabriel Qarsiya Markesin fotoşəkillərinin sərgisi nümayiş olunacaq.