Bakı. 6 iyun. REPORT.AZ/ Dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 216-cı ildönümü Bakıda qeyd olunub. "Report" xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi və "Sodrujestvo" Cəmiyyətinin birgə təşkilatçılığı ilə şairin abidəsi önündə tədbir keçirilib. İlk olaraq şəhərin mərkəzində A.S.Puşkinin heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri qoyulub.
"Sodrujestvo" Cəmiyyətinin sədri Tatyana Kərimova belə tədbirlərin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rol oynadığını bildirib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Yazıçılar Birliynin sədri, xalq yazıçısı
Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olan A.S.Puşkini təkcə rus xalqı deyil, dünyanın bütün xalqları sevir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb.
Tədbirdə Səbail rayonu 132-134 saylı Təhsil Kompleksinin və 160 saylı Klassik gimnaziyanın, həmçinin paytaxtın digər orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış ediblər, ölməz şairin şeirləri Azərbaycan, rus, ingilis və ispan dillərində səslənib, müxtəlif ədəbi müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.