Azərbaycanlı yazıçının kitabı Türkiyədə nəşr edilib

Azərbaycanlı yazıçının kitabı Türkiyədə nəşr edilib Kitabın oktyabr ayında İstanbulda təqdimatı keçiriləcək
Ədəbiyyat
107
3 İyun , 2016 14:11
Azərbaycanlı yazıçının kitabı Türkiyədə nəşr edilib

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanlı yazıçının əsəri Türkiyədə işıq üzü görüb. 

AYB mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əzimə Ağalarovanın “Yıpranmış hayaller peşinde” kitabı İstanbul-Azərbaycan Mədəniyyət Dərnəyində çap edilib. 

Araşdırmaçı-yazar Mətin Yıldırımın Türkiyə türkcəsinə uyğunlaşdırdığı əsərin bu ilin oktyabr ayında İstanbulda təqdimatının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ə.Ağalarova həmçinin “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” və “Təyyarə qanadında uçan ruh” romanlarının da müəllifidir. “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsəri keçən il İsveçin paytaxtı Stokholmda “A long trip from Baku to Cairo” adı altında nəşr edilib və Avropanın 5 ölkəsində online satışa çıxarılıb.

Son xəbərlər

Orphus sistemi