Yuxarı
    Bağlamaq

    “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabının təqdimatı olub

    Kitabda 1300-ə yaxın atalar sözü və deyimlər toplanıb

    Bakı. 28 aprel. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri ”kitabının təqdimatı keçirilib.

    BBMM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, professor Aytən Qəhrəman kitabda Azərbaycanda yaşayan müxtəlif xalqların həyatının müxtəlif sahələri, məişəti, münasibətləri, fikri, dünyagörüşü haqqında 1300-ə yaxın atalar sözü və deyimlər toplandığını bildirib.

    Kitabın tərtibçisi və ön sözün müəllifi İradə Məlikova çıxışında nəşri hazırlarkən hər bir xalqın həyat şəraiti, məişət tərzi, tarixi, etnoqrafiyası, adət-ənənəsi ilə bağlı fikirləri, ifadə üsullarını saxlamağa çalışdığını deyib: “Kitabda avar, buduq, xınalıq, ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat və udi xalqının atalar sözü və deyimləri toplanıb. Bu atalar sözləri əsl poeziyadır. Bu folklor nümunələrindən görünür ki, multikulturalizm xalqımızın həyat tərzidir. Əsrlər boyunca Azərbaycan xalqı bir-birinin dilinə, dininə, adət-ənənəsinə, dəyər verərək yaşayıb və yaşayır”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi