Azərbaycanda hərbi xidmət keçən ukraynalı yazıçı vəfat edib

Azərbaycanda hərbi xidmət keçən ukraynalı yazıçı vəfat edib Roman İvanıçukun 20 tarixi romanı var
Ədəbiyyat
17 Sentyabr , 2016 19:18
Azərbaycanda hərbi xidmət keçən ukraynalı yazıçı vəfat edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Ukraynalı yazıçı, siyasi və ictimai xadim, Ali Radanın deputatı (1990-1994), Ukrayna qəhrəmanı Roman İvanıçuk 88 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Lvov Şəhər Şurasının saytı məlumat yayıb.

İvanıçuk Lvovun Lıçakovski qəbiristanlığında dəfn olunacaq.

Roman İvanıçuk 27 may 1929-cu ildə Traç kəndində (hazırda İvano-Frankovski vilayətinin Kosovski rayonu) dünyaya gəlib. 1948-ci ildə Lvov Universitetinin Ukrayna filologiyası fakültəsinə daxil olub. 1949-cu ildə oradan xaric edilib. O, 3 il Azərbaycanda hərbi xidmətdə olub və 1953-cü ildə universitetə bərpa olunub və 1957-ci ildə oranı bitirib.

1958-ci ildə onun ilk novellalar toplusu çapdan çıxıb.

Yazıçının aktivində 20 tarixi roman var. Onun əsərləri fransız, rus və digər dillərə tərcümə olunub.

Son xəbərlər

Orphus sistemi