Yuxarı

​Azərbaycan şairlərinin əsərləri Kolumbiyada nəşr olunacaq

Kolumbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində olub

Bakı. 9 iyun. REPORT.AZ/ Kolumbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili xanım Marta Galindo Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

"Report" xəbər verir ki, görüşdə Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” (10 Kolumbiya şeiri) antologiyasının təqdimat mərasimi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Mərkəzin direktoru Afaq Məsud Azərbaycan oxucusunun Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb. 

Marta Galindo Azərbaycan kitabxanalarında Markes yaradıcılığına olan maraqdan məmnun qaldığını bildirib və böyük yazıçının “Patriarxın payızı” romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb. 

Görüşdə Azərbaycan şairlərinin də ispan dilinə tərcümə olunaraq Kolumbiyada nəşr edilməsi məsələsi müzakirə olunub.

İlkin mərhələdə poeziya nümunələrinin sətri tərcümələri hazırlanacaq. İşin keyfiyyətini təmin etmək üçün sonrakı proses dil daşıyıcılarının – ispandilli şairlərin iştirakı ilə aparılacaq. Eyni zamanda, azərbaycanlı və kolumbiyalı nasirlərin əsərləri də bu müştərək layihəyə cəlb olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi