Azərbaycan Milli Kitabxanasına Latviya haqqında kitablar hədiyyə olunub

Azərbaycan Milli Kitabxanasına Latviya haqqında kitablar hədiyyə olunub Latviya səfirliyi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına kitablar hədiyyə edib.
Ədəbiyyat
2 Noyabr , 2021 14:58
Azərbaycan Milli Kitabxanasına Latviya haqqında kitablar hədiyyə olunub

Latviya səfirliyi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına kitablar hədiyyə edib.

“Report” xəbər verir ki, bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Viya Buşa kitabxananın direktoru Kərim Tahirovla görüş zamanı ona Latviya haqqında kitablar təqdim edib.

“Latviya səfirliyi bizə kitablar hədiyyə etmək qərarına gəlib və biz sevinc hissi ilə bu kitabları kitabxanamızın Latviya haqqında ekspozisiyasına əlavə etməyə hazırıq. Bu əməkdaşlıq bir daha xalqlarımız arasında dostluqdan və qardaşlıq münasibətlərindən xəbər verir. Bu kitablar təkcə kitabxana üçün deyil, həm də oxucularımız üçün hədiyyə olacaq. Onlar bu kitablar vasitəsilə Latviyanın tarixi, mədəniyyəti və ənənələri ilə tanış ola biləcəklər”, - kitabxana direktoru bildirib.

V.Buşa Latviyanın müstəqilliyinin noyabrın 18-də qeyd olunacaq 100-cü ildönümü münasibətilə dünyanın bir çox kitabxanalarına bu kitabları hədiyyə etmək qərarına gəlindiyini deyib. O, bu cür təşəbbüslərin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyinə əminliyini söyləyib.

K.Tahirov isə səfirliyə Azərbaycan haqqında bir neçə kitab hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi