Yuxarı
    Bağlamaq

    ​"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 400-ə yaxın söz çıxarılıb

    Siyahıda mıçır, mığır, mığır-mığır, mırça, mucullamaq, mucullanma, mucullanmaq, mucullatma, mucullatmaq və s. sözlər var

    Bakı. 9 avqust. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin daha bir qrupunu ictimaiyyətin diqqətinə təqdim edib.

    "Report" xəbər verir ki, mərkəz tərəfindən bu dəfə orfoqrafiya lüğəti qaydalarına uyuşmayan 386 sözü ayrılıb.

    Həmin sözləri oxuculara təqdim edirik.

    Mənası anlaşılmayan sözlər: daldırıcı, daldırma, daldırmaq, daldırtma, daldırtmaq, dalğagöstərmə, damarlama, damarlamaq, damarlanma, damarlanmaq, damarlaşma, damarlaşmaq, damarlatma, damarlatmaq, damarvarılıq, danakimi (-lər), danaquşu (-lar), daraqağzı, dəcqalma, dəcləşmə, dədəlikedən, dədəliketmə, dədəsiniyandırma, dəftərçi, dəlikdeşən, dəmir-boz, dəngillik, dürəklik, dürənglik, dürtükolma, düşünücü, düyünolma, düzağızlı, düzbucaqvarılıq, düzdalğalılıq, düzdamarlılıq, düzdişli, düzdişlilik, düzdoğuş, düzdoğuşlu, düzgörən, düzgörmə, düzoxluluq, düzolma, düztezlikli, düztutumlu, düzyonuşçu, ekstratlı, ekstratsız, elləşdirmə, ellikləşdirilmə və s.

    Dialekt və ara sözləri: damarıqırıqlıq, dansaqlı, dansaqsız, erağac, ergetmə, ergəlmə, erişim, erişmək, məməyeyəndən-pəpəyeyənəcən, mərdimgiriz, mərdimgirizlik, mıçır, mığır, mığır-mığır, mırça, mucullamaq, mucullanma, mucullanmaq, mucullatma, mucullatmaq, muzu, muzulamaq, nanıx, nanıxlıq, nanıxolma, nazlı-qazlı.

    İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər: qövmi, qövmiyyət, qravürovka, qullabı, qurab, qülğülə, laəqəl, laəqəllən, laəlac, laf-kaf, laləgun, laməzhəb, lamis, lampoçka, lampoçkalı, lampoçkasız, lanə, lanuqo, laş, laşə və s.

    Lüzumsuz sözlər və söz hallandırmaları: dallatma, dallatmaq, damacıqlıq, damarabənzərlik, damaraoxşarlıq, dandırma, dandırmaq, dandırtma, dandırtmaq, danışdırtma, danqıltılı, danqıltısız, darca, dard (-lar) və s.

    Qeyd edək ki, hazırda mərkəz tərəfindən "İşlək orfoqrafiya lüğəti" üzərində iş gedir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi