Yuxarı

Anarın kitabı Polşada nəşr olunub

Kitabın redaktoru Helena Samosiej, naşiri Vitold Podedvornıdır

Bakı. 24 noyabr. REPORT.AZ/ Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın “Göz muncuğu” povesti və “Qırmızı limuzin” hekayəsinin daxil olduğu “Göz muncuğu” (“Oko proroka”) kitabı Polşada “ATUT” (Vroslav) nəşriyyatında “Şərq modernizmi” seriyasında nəşr olunub.

“Report” xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidməti məlumat yayıb.

Povesti polyak dilinə Tərcümə Mərkəzinin sifarişi ilə İlaha Kərimova tərcümə edib.

Kitaba Anarın “Qırmızı limuzin” hekayəsi də daxil edilib. Həmin povesti isə istedadlı tərcüməçi-polonist Sonya Qasımova tərcümə edib.

Kitaba giriş sözünü tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Cavanşir Yusifli yazıb. Bundan başqa, kitabda tanınmış polyak yazıçı-publisisti Martin Bradkenin də əsər barədə qısa yazısı yer alıb.

Kitabın redaktoru Helena Samosiej, naşiri Vitold Podedvornıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi