Türkiyə səfirini İsrailə geri qaytarır

Dünya
  • 16 noyabr, 2016
  • 07:43
Türkiyə səfirini İsrailə geri qaytarır

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyə İsraillə münasibətlərinin normallaşmasından sonra adıçəkilən ölkəyə səfirini geri qaytarır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyənin İsraildəki yeni səfiri vəzifəsinə Kamal Ökem təyin olunub.

Qeyd edək ki, ötən gün İsrail Türkiyəyə bu ölkənin Böyük Britaniyadakı səfirliyinin müşaviri işləyən Eitan Naehi səfir təyin edib. 

Əlavə edək ki, bir müddət öncə R.T.Ərdoğan daha əvvəl parlament tərəfindən ratifikasiya edilmiş İsraillə münasibətlərin normallaşdırılması sazişini təsdiq edib.

Xatırladaq ki, Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması haqqında sazişi iyun ayında imzalayıb. Müqaviləyə əsasən, İsrail 2010-cu ildə baş vermiş və iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisəylə əlaqədar Türkiyəyə 20 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti