Yuxarı

Yunanıstanda helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, bir nəfər yaralanıb

Hadisənin səbəbi hələlik məlum deyil
© Ria.ru

Bakı. 23 iyun. REPORT.AZ/ Yunanıstanda bataqlıq əraziyə kimyəvi maddə səpən helikopterin qəzaya uğraması nəticəsində ekpajın 2 üzvü ölüb, biri yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopter ölkə paytaxtı Afinadan şərqdə yerləşən Marafon şəhəri yaxınlığında qəzaya uğrayıb. 

İnformasiyaya əsasən, özəl şirkətə məxsus helikopter Sxinia rayonunun batalıq ərazilərində ağcaqanad əleyhinə kimyəvi maddə səpərkən qəza baş verib.

Hadisənin səbəbi hələlik məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi