Yunanıstanda helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, bir nəfər yaralanıb

Yunanıstanda helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, bir nəfər yaralanıb Hadisənin səbəbi hələlik məlum deyil
Digər ölkələr
23 İyun , 2017 12:58
Yunanıstanda helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, bir nəfər yaralanıb
Ria.ru

Bakı. 23 iyun. REPORT.AZ/ Yunanıstanda bataqlıq əraziyə kimyəvi maddə səpən helikopterin qəzaya uğraması nəticəsində ekpajın 2 üzvü ölüb, biri yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopter ölkə paytaxtı Afinadan şərqdə yerləşən Marafon şəhəri yaxınlığında qəzaya uğrayıb. 

İnformasiyaya əsasən, özəl şirkətə məxsus helikopter Sxinia rayonunun batalıq ərazilərində ağcaqanad əleyhinə kimyəvi maddə səpərkən qəza baş verib.

Hadisənin səbəbi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi