Yuxarı

Yeni Zelandiyada təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb

Bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern əhaliyə müraciətində söyləyib.
© AP

Yeni Zelandiyanın Kraystçörç şəhərində 40 nəfərin ölümü ilə nəticələnən silahlı hücum hadisəsi ilə əlaqədar olaraq ölkədə təhlükəsizliyə təhdid səviyyəsi artdığı üçün təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern əhaliyə müraciətində söyləyib.

"Milli təhlükəsizliyimizə təhdid səviyyəsi artdığından təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb", - C.Ardern deyib.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralıların 20-dən çoxu ağır vəziyyətdədir. Hücumla əlaqəli olmaqda şübhəli bilinən 4 nəfər, o cümlədən Avstraliya vətəndaşı saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi