Yeni Zelandiyada təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb

Yeni Zelandiyada təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb Bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern əhaliyə müraciətində söyləyib.
Digər ölkələr
15 Mart , 2019 12:38
Yeni Zelandiyada təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb
AP

Yeni Zelandiyanın Kraystçörç şəhərində 40 nəfərin ölümü ilə nəticələnən silahlı hücum hadisəsi ilə əlaqədar olaraq ölkədə təhlükəsizliyə təhdid səviyyəsi artdığı üçün təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern əhaliyə müraciətində söyləyib.

"Milli təhlükəsizliyimizə təhdid səviyyəsi artdığından təhlükəsizlik tədbirləri yüksək səviyyəyə qaldırılıb", - C.Ardern deyib.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralıların 20-dən çoxu ağır vəziyyətdədir. Hücumla əlaqəli olmaqda şübhəli bilinən 4 nəfər, o cümlədən Avstraliya vətəndaşı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi