Bakı. 11 mart. REPORT.AZ/ Almaniyada qalmaq üçün uyğun icazəsi olmayan 49,4 min qaçqın yaxın zamanda ölkədən deportasiya ediləcək.
"Report" Almaniyada çıxan "Bild" qəzetinə istinadən xəbər verir ki, bu haqda ölkə Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Məlumata görə, cari ildə 162,1 min mühacirə Almaniyada qaçqın statusu verilib. Onların 40 faizi suriyalı, 20 faizi isə Əfqanıstan vətəndaşıdır.