Yuxarı

​Yaxın günlərdə Almaniyadan 50 min qaçqın deportasiya ediləcək

Onların 40 faizi suriyalı, 20 faizi isə Əfqanıstan vətəndaşıdır

Bakı. 11 mart. REPORT.AZ/ Almaniyada qalmaq üçün uyğun icazəsi olmayan 49,4 min qaçqın yaxın zamanda ölkədən deportasiya ediləcək.

"Report" Almaniyada çıxan "Bild" qəzetinə istinadən xəbər verir ki, bu haqda ölkə Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Məlumata görə, cari ildə 162,1 min mühacirə Almaniyada qaçqın statusu verilib. Onların 40 faizi suriyalı, 20 faizi isə Əfqanıstan vətəndaşıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi