Yuxarı

Türkiyənin qərbində 385 miqrant saxlanılıb

Türkiyənin qərbində 385 miqrant saxlanılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyə hərbçiləri ölkənin qərbi Ədirnə vilayətində dövlət sərhədini keçməyə çalışan 385 qaçqın və miqrantı saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar Suriya, Mərakeş, İraq, Əfqanıstan, Fələstin, Liviya, Pakistan, Əlcəzair və Misirdən olan qaçqınlar, miqrantlardır. Sərhədi qanunsuz keçməyə çalışanlar Bosnaköy, Yenikadın, Orxaniyyə kəndlərində, həmçinin İpsala, Uzunkörpü, Havsa və Meriç ərazilərində keçirilən reydlər zamanı saxlanılıblar.

Miqrant və qaçqınlar Ədirnə vilayətinin Miqrasiya üzrə İdarəsinə aparılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi