Türkiyənin qərbində 385 miqrant saxlanılıb

Türkiyənin qərbində 385 miqrant saxlanılıb Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyə hərbçiləri ölkənin qərbi Ədirnə vilayətində dövlət sərhədini keçməyə çalışan 385 qaçqın və miqrantı saxlayıb.
Digər ölkələr
18 İyul , 2018 03:37
Türkiyənin qərbində 385 miqrant saxlanılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyə hərbçiləri ölkənin qərbi Ədirnə vilayətində dövlət sərhədini keçməyə çalışan 385 qaçqın və miqrantı saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar Suriya, Mərakeş, İraq, Əfqanıstan, Fələstin, Liviya, Pakistan, Əlcəzair və Misirdən olan qaçqınlar, miqrantlardır. Sərhədi qanunsuz keçməyə çalışanlar Bosnaköy, Yenikadın, Orxaniyyə kəndlərində, həmçinin İpsala, Uzunkörpü, Havsa və Meriç ərazilərində keçirilən reydlər zamanı saxlanılıblar.

Miqrant və qaçqınlar Ədirnə vilayətinin Miqrasiya üzrə İdarəsinə aparılıblar.

Son xəbərlər

Orphus sistemi