Türkiyə hökuməti partlayışın arxasında PKK-nın ola biləcəyini ehtimal edir

Türkiyə hökuməti partlayışın arxasında PKK-nın ola biləcəyini ehtimal edir "İlkin araşdırma İstanbuldakı partlayışın arxasında PKK və ya onun əlaltılarının dayandığını göstərir"
Digər ölkələr
19 Mart , 2016 15:54
Türkiyə hökuməti partlayışın arxasında PKK-nın ola biləcəyini ehtimal edir

Bakı. 19 mart. REPORT.AZ/ Türkiyə hökuməti partlayışın arxasında Kürd Fəhlə Partiyasının (PKK) ola biləcəyini ehtimal edir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinin nümayəndəsi məlumat verib.

"İlkin araşdırma İstanbuldakı partlayışın arxasında PKK və ya onun əlaltılarının dayandığını göstərir" - "Reuters" agentliyinin Türkiyə hökumətinin yüksək çinli nümayəndəsinə istinadən yaydığı bəyanatda məhz belə deyilir.

Qeyd edək ki, İstanbulun Bəyoğlu rayonunun İstiqlal prospektində baş vermiş partlayış nəticəsində terrorçu-kamikadze də daxil olmaqla, 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Məlumata görə, yaralılardan üçünün durumu ağırdır.

Son xəbərlər

Orphus sistemi