Donald Tramp Ağ evdə it saxlamamasının səbəbini açıqlayıb

Donald Tramp Ağ evdə it saxlamamasının səbəbini açıqlayıb Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp sələflərindən fərqli olaraq itlərinin olmaması səbəbini izah edib.
Digər ölkələr
13 Fevral , 2019 04:26
Donald Tramp Ağ evdə it saxlamamasının səbəbini açıqlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp sələflərindən fərqli olaraq itlərinin olmaması səbəbini izah edib.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, ötən ilin noyabrında Amerika müğənnisi və aktrisa Barbara Streyzand diqqəti buna yönəldib.

"Niyə prezidentin itləri yoxdur? O, 120 il ərzində Ağ Evdə itləri olmayan birinci prezidentdir", - deyə Streyzand təəccüblə bildirib.

Bir gün əvvəl Tramp bunun səbəblərini izah edib.

"Düzünü desəm, mən buna etiraz etmirəm, amma vaxtım yoxdur. Ağ Evin çəmənliyində iti gəzdirərkən necə görünərdim?", - deyə Tramp tərəfdarları qarşısındakı çıxışında bildirib.

Trampın sözlərinə görə, o, itlə "saxta" görünəcək.

Daha əvvəl Ağ Ev rəhbəri əvvəlki ABŞ prezidentlərinə nisbətən daha çox işlədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi