Bakı. 4 fevral. REPORT.AZ/ Tayvanın "Trans-Asia" Hava Yolarına aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 9 sərnişin ölüb.
"Report" Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, təyyarə Tayvanın Taypey şəhəri yaxınlığındakı çaya düşüb. Məlumata görə, təyyarədə 53 sərnişin və 3 ekipaj üzvü olub. Onlardan 16 nəfəri xilas edilib. Digərsərnişinlərin xilas edilməsi istiqamətində işlər görülür.
Təyyarədəki sərnişinlərin çoxunun çinli turistlər olduğu bildirilir.