Yuxarı

​Tayvanda təyyarə qəzası baş verib: 9 nəfər ölüb

Təyyarədəki sərnişinlərin çoxunun çinli turistlər olduğu bildirilir

Bakı. 4 fevral. REPORT.AZ/ Tayvanın "Trans-Asia" Hava Yolarına aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 9 sərnişin ölüb.

"Report" Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, təyyarə Tayvanın Taypey şəhəri yaxınlığındakı çaya düşüb. Məlumata görə, təyyarədə 53 sərnişin və 3 ekipaj üzvü olub. Onlardan 16 nəfəri xilas edilib. Digərsərnişinlərin xilas edilməsi istiqamətində işlər görülür.

Təyyarədəki sərnişinlərin çoxunun çinli turistlər olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi