Bakı. 10 fevral. REPORT.AZ/ Tacikistanda prezidentə məhdudiyyətsiz şəkildə yenidən seçilmək imkanı verəcək konstitusiya dəyişikliyi ilə bağlı referendum tarixi açıqlanıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, referendum mayın 22-də keçiriləcək. Onun keçirilməsi barədə qərar parlamentin aşağı palatası tərəfindən yekdilliklə qəbul edilib.
Parlamentin spikeri Şukurcolan Zuhurovun sözlərinə görə, bülletenlərdə yalnız bir sual olacaq: "Ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliyi qəbul edirsinizmi?"