Yuxarı
    Bağlamaq

    Tacikistanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun tarixi açıqlanıb

    Prezidentə məhdudiyyətsiz şəkildə yenidən seçilmək imkanı verəcək konstitusiya dəyişikliyi ilə bağlı referendum mayın 22-də keçiriləcək

    Bakı. 10 fevral. REPORT.AZ/ Tacikistanda prezidentə məhdudiyyətsiz şəkildə yenidən seçilmək imkanı verəcək konstitusiya dəyişikliyi ilə bağlı referendum tarixi açıqlanıb.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, referendum mayın 22-də keçiriləcək. Onun keçirilməsi barədə qərar parlamentin aşağı palatası tərəfindən yekdilliklə qəbul edilib.

    Parlamentin spikeri Şukurcolan Zuhurovun sözlərinə görə, bülletenlərdə yalnız bir sual olacaq: "Ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliyi qəbul edirsinizmi?"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi