Yuxarı

Hələbdə 28 dinc sakin öldürülüb, onlarla insan yaralanıb

​Son 3 gündə Hələbin 28 sakini öldürülüb, onlarla insan yaralanıb

Qanunsuz silahlı birləşmələr Suriyanın Hələb şəhərini atəşə tutmaqda davam edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyada Duşmənçilik edən Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzindən jurnalistlərə bildirilib.

Məlumata görə, bu səbəbdən üç gün ərzində 28 dinc sakin həlak olub. Qeyd edilir ki, ölənlər arasında hərbçi yoxdur. Atəş nəticəsində daha 56 nəfər yaralanıb.

"Bizə 18 yaralı gətirdilər, Onlardan üçü öldü, yaraları olduqca ağır idi, bir neçə yaralı ambulator yardım aldı, qalanlarına stasionar yardım göstərilib. Onların hamısı mina partlayışı xəsarətləri alıblar, yaralılar cərrahi əməliyyat edilib”, - deyə yerli hospitalının Cərrahlıq Bölməsinin rəhbəri Manaf Şarbadjı bildirib.

Hələb əyaləti İdlibin deeskalasiya zonasına daxildir. Burada yanvarın 9-dan Türkiyə tərəfinin razılığı ilə döyüş hərəkətləri və aviasiyanın tətbiqi dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi