Yuxarı

Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib

Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Somalidə ABŞ hərbçilərinin endirdiyi hava zərbəsi nəticəsində “Əş-Şəbab” terrorçu qruplaşmasının 60-dək yaraqlısı məhv edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın Afrika komandanlığı əməliyyatın oktyabrın 12-də keçirildiyini açıqlayıb. 

Məlumata görə, mülki şəxslər arasında zərərçəkən olmayıb. 

Xatırladaq ki, ötən ilin noyabr ayında Somalidə ABŞ Hərbi Hava Qüvvələrinin bir hava zərbəsi nəticəsində 100-ə yaxın terrorçu məhv edilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi