Yuxarı
    Bağlamaq

    Şimali və Cənubi Koreya yeni sammitin hazırlıqlarına başlayıb

    © Reuters

    Bakı. 13 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) və Cənubi Koreya nümayəndələri yeni Koreya sammitinin vaxtı və yerinin müzakirəsinə başlayıblar.

    "Report" "Yonhap"a istinadən xəbər verir ki, iki ölkənin nümayəndələrinin görüşü silahsızlaşdırılmış bölgədə yerləşən Phanmuncom sərhəd mənqəsində keçirilir.

    Cənubi Koreyanın nümayəndə heyətinə milli birləşmə işləri üzrə nazir Ço Myon Qyun rəhbərlik edir. Şimali Koreyanı isə Vətənin Sülh Yolu ilə Birləşməsi Komitəsinin sədri Li Son Qvon təmsil edir.

    Cənubi Koreya KİV-i tərəflərin artıq sentyabrda Pxenyanda sammit keçirilməsi barədə razılıq əldə etdiyini yazıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi